"Viktoriya Albert" muzeyinə Nizami Gəncəviyə qarşı təxribatla bağlı məktub göndərmişəm.
TurkicWorld-un məlumatına görə, bunu Milli Məclisin deputatı Rəfael Hüseynov "Nizami Gəncəvi Mədəni İrsi XXI əsr" simpoziumunda çıxışı zamanı deyib.
O bildirib ki, müxtəlif qüvvələr Nizamini Azərbaycandan ayırmağa, onu başqa millətin nümayəndəsi kimi dünyaya təqdim etməyə çalışırlar.
"Bunlar hamısı başadüşüləndir. Nizami Azərbaycanı güclü göstərən amillərdəndir.
2021-ci ili ölkə başçısı "Nizami ili" elan edibsə, bunun arxasında mütləq siyasi hədəf var. Bu hədəf də ondan ibarətdir ki, biz Nizamini qorumalıyıq", - deyə millət vəkili əlavə edib.