Son dəqiqə

Azərbaycan Bakı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Firudin Qurbanov Azərbaycan Elm və Təhsil Nazirliyi

Sosial mediadakı bəzi kontentlər gənclərin səhv qərarlar verməsinə səbəb olur - Nazir müavini

BAKI,TurkicWorld

Sosial mediada yayılan xurafat, radikalizm və nəticə etibarilə ekstremizmə yönələn kontentlərlə tanışlıq gənclərin yanlış qərarlar verməsinə səbəb olur.

TurkicWorld xəbər verir ki, bunu Elm və Təhsil nazirinin müavini Firudin Qurbanov bu gün Bakıda Elm və Təhsil Nazirliyi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə keçirilən "Dini düşüncə mədəniyyəti: pedaqoji perspektivlər" mövzusunda konfransda bildirib.

Onun sözlərinə görə, gənclərdə milli-mənəvi dəyərlərin formalaşdırılması mühüm məsələdir:

"Bu sahədə təhsil sisteminin üzərinə böyük məsuliyyət düşür. Bu prosesdə dini mədəniyyətin də rolu əhəmiyyətlidir. Dünyanı dərk etməyin üç yolu var: elm, incəsənət və din.

Sosial mediada xurafat, radikalizm və son nəticədə ekstremizmə yönəlmiş kontentlərlə tanışlıq gənclərin səhv qərarlar verməsinə gətirib çıxarır. Burada təhsilin rolu böyükdür. Orta məktəblərdə və ali təhsil müəssisələrində yalnız dini-maddi elementlərə deyil, daha çox mənəvi komponentlərə diqqət yetirilir. Təlim prosesində mənəvi-əxlaqi dəyərlər aşılanmağa çalışılır. Milli-mənəvi dəyərlərə əsaslanan gənclər formalaşdırmalıyıq".

Mövzuya görə xəbərlər