Gimnastımız Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazandı

Gimnastımız Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazandı

Bakı. TurkicWorld:

Batut gimnastikası üzrə Azərbaycan milli komandasının üzvü Selcan Mahsudova Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.

TurkicWorld xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyası məlumat yayıb.

Qeyd edək ki, bu, Azərbaycanın gimnastika tarixində batut gimnastikası üzrə qazanılan ilk lisenziyadır.

Bununla da gimnastika millimizin Paris-2024-ə qazandığı vəsiqələrin sayı 2-yə yüksəlib.

Xatırladaq ki, bədii gimnastımız Zöhrə Ağamirova da ötən il Paris-2024-ə lisenziya əldə etmişdi.