Son dəqiqə

Dünyanın ən'ləri

Dünyada ən çox bal istehsal edən ölkələr

Bakı. TurkicWorld:

Dünya əhalisinin tərkibində kimyəvi maddələr olmayan təbii qidaya böyük ehtiyacı var. Arıçılıq isə təbii qida istehsalı üçün ən perspektivli sahə hesab edilir. Bu baxımdan arıçılığın gələcəkdə iqtisadiyyatın böyük tələbat olan ən önəmli sahəsinə çevriləcəyi proqnozlaşdırılır. Elə bu səbəbdən də hazırda dünyada bu sahənin inkişaf etdirilməsinə böyük önəm verilir. Müasir dövrdə arıçılığın ən güclü inkişaf etdiyi ölkələr isə ABŞ, Argentina, Türkiyə, Çin və Rusiyadır.

Hər il dünya bazarına çıxarılan 375 min ton balın 25 faizi Argentinanın payına düşür. Bu ölkədə ildə 100 min tona yaxın bal istehsal olunur. Argentinada istehsal olunan bal keyfiyyətinə görə dünyada ən yaxşı məhsul hesab edilir.

Avropa İttifaqının üzvü olan ölkələr arasında isə ən çox bal istehsalı İspaniyadadır - ildə 30 min ton.

Siyahının sonrakı yerlərində aşağıdakı dövlətlər qərarlaşıb:

ABŞ - da da hər il 100 min tona yaxın bal istehsal olunur.

Fransada - 27 min ton

Almaniyada - 20 min ton,

Yunanıstanda - 14 min ton

Portuqaliyada -11 min ton

İtaliyada -10 min ton

Avstriyada - 9 min ton

İngiltərədə - 3 min ton

Danimarka, Finlandiya Belçikada - 2 min ton

İsveçdə - 1000 ton bal istehsal olunur.

Avropada ən az bal istehsal edən ölkələr İrlandiya Niderlanddır - 100 ton.

Mövzuya görə xəbərlər