Bakı. TurkicWorld:
Qızıl ehtiyatı dövlətlərə maliyyə siyasətini həyata keçirmək və fövqəladə hallar zamanı ən zəruri ehtiyaclarını ödəmək üçün lazımdır. Buna görə də dünyanın əksər dövlətlərinin qızıl fondları mövcuddur.
1987-ci ildə yaradılan Ümumdünya Qızıl Şurası isə həmin dövlətlərdə mövcud olan qızılın miqdarı ilə bağlı statistika aparır.
Qızıl ehtiyatı dövlətlərə maliyyə siyasətini həyata keçirmək və fövqəladə hallar zamanı ən zəruri ehtiyaclarını ödəmək üçün lazımdır. Buna görə də dünyanın əksər dövlətlərinin qızıl fondları mövcuddur.
2022-ci il üçün dünyanın ən çox qızıl ehtiyatı olan ölkələrinin siyahısını təqdim edirik:
1. ABŞ – 8 min 135 ton
Dünyanın ən böyük qızıl ehtiyatına sahib ölkə Amerika Birləşmiş Ştatlarıdır. ABŞ tarixinin ən böyük qızıl ehtiyatı 1946-cı ildə 20 min 205 ton olub. Hazırda ABŞ qızıl ehtiyatına sahib ölkələr siyahısında 8,135.5 ton qızılla birincidir.
Daha 60 ölkənın qızıl ehtiyatı Amerikadakı xüsusi anbarlarda saxlanılır.
2. Almaniya – 3 min 369 ton
Siyahıda ikinci yer tutan Almaniya 1968-ci ildə qızıl ehtiyatının ən yüksək həddinə - 4 min tona çatdırıb. Bu gün bu göstərici 3,339 kiloqram azalıb. Hazırda Almaniya 3,369.9 ton qızıl ehtiyatına sahibdir. Almaniyanın qızıl ehtiyatının 36.6%-i ABŞ Federal Rezerv Bankında, 12,8 faizi İngiltərə bankında və cüzi hissəsi Fransa bankında yerləşir. Hazırda Almaniyanın qızıl ehtiyatının 50,6 faizi Frankfurt şəhərindəki “Bundesbank”da saxlanılır.
3. İtaliya – 2 min 451 ton
İtaliya Benito Mussolini diktaturası başladığı andan qızıl potensialını aktiv səkildə artırıb. Qeyri-stabil siyasi və iqtisadi vəziyyət italya hakimiyyətini qızıl ehtiyatından istifadə etməyə sövq etsə də, hazırda bu rəqəm 2,451.8 ton olaraq dünyanın ən böyük qızıl ehtiyatına sahib ölkələri sırasında İtaliyanı 3-cü yerdə qərarlaşdırıb.
4. Fransa – 2 min 436 ton
Fransa ötən əsrin 60-cı illərində dollar ehtiyatlarını qızıla dəyişməklə özü üçün böyük “Ağ qızıl” ehtiyatı yaradıb. Fransa 1965-ci ildə 4 min 400 ton qızıl ehtiyatının olduğunu elan etmişdi. Hazırda bu ehtiyatlar 2 min ton azalsa da, Fransa dünyanın ən çox qızıl ehtiyatına sahib 4-cü dövlətidir. Bu qızıl ehtiyatı Fransanın əsas bankı “Banque de France”də yerin 29 metr dərinliyində qorunur.
5. Rusiya- 2 min 301 ton
Rusiya son 10 ildə dünya bazarlarında aktiv şəkildə qızıl əldə etdiyi üçün ilk “beşliy”ə daxil ola bilib. 1993-cü ildə 267,2 ton, 2003-cü ildə isə 387,6 ton qızıl ehtiyatına malik Rusiyanın hazırda 2301,6 ton qızıl ehtiyatı var. Ukrayna böhranı ilə bağlı iqtisadi sanksiyalara məruz qalsa da, şimal qonşumuz qızıl ehtiyatının həcmini artırmaqda davam edir.
Siyahının sonrakı yerlərində aşağıdakı dövlətlər qərarlaşıb:
6. Çin -1 054 ton
7. İsveçrə - 1 040 ton
8. Yaponiya - 765 ton
9. Hollandiya - 612 ton
10. Hindistan - 557 ton
11. Türkiyə - 529 ton
12. Tayvan - 423 ton
13. Portuqaliya - 382 ton
14. Venesuela - 367 ton
15. Səudiyyə Ərəbistanı - 322 ton
16. Böyük Britaniya - 310 ton
17. Livan - 286 ton
18. İspaniya - 281 ton
19. Avstriya - 280 ton
20. Belçika - 227 ton