Son dəqiqə

Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Məşğulluq Agentliyi

Yanvar-noyabr aylarında 532,7 min şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub

BAKI, TurkicWorld, Abdulvahhab Ələskərov

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi bu ilin 11 ayında 532,7 min şəxsi aktiv məşğulluq tədbirləri ilə əhatə edib.

TurkicWorld xəbər verir ki, onlardan 177 min şəxs münasib işlərlə təmin olunub, 16,5 min şəxs isə kiçik ailə təsərrüfatlarını yaratmaları üçün özünüməşğulluq proqramına cəlb olunub.

Yanvar-noyabr aylarında 17,2 min işsiz şəxs üçün isə peşə hazırlığı kursları təşkil olunub, 322 min şəxsə peşəyönümü xidmətlər göstərilib.

Mövzuya görə xəbərlər