Son dəqiqə

Prezident İlham Əliyev

Əlilliyi olan şəxslər və şəhid ailələri ilə bağlı maliyyələşdirmə müddəti 2029-cu ilədək uzadılıb

BAKI,TurkicWorld

Əlilliyi olan şəxslərin və şəhid ailələrinin sosial müdafiəsi və sosial təminatı ilə bağlı tədbirlərin dövlət icbari şəxsi sığorta vəsaiti hesabına maliyyələşdirilməsi müddəti 2029-cu ilə qədər uzadılıb.

Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sənədin mətni Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc olunub.

"Əlilliyi olan şəxslərin və şəhid ailələrinin sosial müdafiəsi və sosial təminatı ilə bağlı tədbirlərin dövlət icbari şəxsi sığorta vəsaiti hesabına maliyyələşdirilməsi haqqında" Sərəncamda dəyişiklik edilib.

Qeyd edək ki, bu müddət daha əvvəl 2026-cı ilə qədər nəzərdə tutulmuşdu.

Mövzuya görə xəbərlər