Son dəqiqə

Prezident İlham Əliyev

Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak etmək üçün Bişkekdəki “Irıs Ordo” Konqres Mərkəzinə gəldi

BAKI,TurkicWorld

Qırğız Respublikasının paytaxtı Bişkek şəhərində “ŞƏT plyus” formatında görüş keçirilir.

Trend-in xüsusi müxbiri xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev görüşdə iştirak etmək üçün Bişkekdəki “Irıs Ordo” Konqres Mərkəzinə gəldi.

Qırğız Respublikasının Prezidenti Sadır Japarov Prezident İlham Əliyevi, digər dövlət və hökumət başçılarını salamladı.

Sonra “ŞƏT plyus” formatında keçirilən görüşün iştirakçıları birgə foto çəkdirdilər.

Xəbər yenilənəcək

Mövzuya görə xəbərlər