BAKI,TurkicWorld
Avqustun 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət ediblər.
Bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb.
Dövlətimizin başçısı və Birinci xanım abidənin önünə gül dəstəsi qoyub, Ulu Öndərin xatirəsini ehtiramla yad ediblər.






