Prezident İlham Əliyev

Prezident İlham Əliyev: Süni intellektin tətbiqi dövlət qurumlarında geniş vüsət almalıdır

BAKI,TurkicWorld

Süni intellektin tətbiqi dövlət qurumlarında geniş vüsət almalıdır. Bu gün bu sahədə aparıcı ölkələrdə bu belədir.

TurkicWorld xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev "Azərbaycanın yeni rəqəmsal arxitekturası" adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədə səsləndirib.

"Hətta mənə verilən məlumata görə, bu sahədə inkişaf etmiş bəzi ölkələrdə dövlət məmurlarının gündəlik fəaliyyətinə də süni intellekt agentləri, - belə adlandırılır, - kömək göstərir", - deyə dövlətimizin başçısı qeyd edib.

Mövzuya görə xəbərlər