Son dəqiqə

Bakıda Türkiyə–Azərbaycan B2B görüşləri keçiriləcək: İş adamlarına dəvət Türkiyənin nəhəng şirkətləri Bakıya gəlir: Yeni ticarət əlaqələri 24 fevralda mühüm görüş: Azərbaycan və Türkiyə iş dünyası bir arada AZPROMO və KOBİA-dan dəstək: Bakıda böyük biznes forumu Türkiyə-Azərbaycan ticarət dövriyyəsi artır: Yeni əməkdaşlıq platforması Bakıda türk ixracatçıları ilə B2B görüşlərində iştirak imkanı

Bakıda Türkiyə–Azərbaycan ticarət əlaqələrinə dair mühüm B2B görüşləri keçiriləcək

BAKI,TurkicWorld, Orxan Qədirzadə

24 fevral 2026-cı il tarixində Bakıda “Türkiyə–Azərbaycan Ticarət Nümayəndə Heyəti və B2B Görüşləri” keçiriləcək.

TurkicWorld Türkiyə - Azərbaycan İş Adamları və Sənayeçiləri Birliyinə istinadən xəbər verir ki, tədbir Türkiyə Respublikası Ticarət Nazirliyinin koordinasiyası, Türkiyə İxracatçılar Assambleyası (TİM) tərəfindən İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə əməkdaşlıq çərçivəsində, Türkiyə–Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyi (TÜİB)-in tərəfdaşlığı ilə təşkil olunur.

Görüşlər çərçivəsində Türkiyənin müxtəlif sektorlarını təmsil edən aparıcı şirkətlərlə birbaşa ikitərəfli işgüzar görüşlər (B2B) keçiriləcək. Tədbir yeni biznes əlaqələrinin qurulması, əməkdaşlıq imkanlarının müzakirəsi və iki ölkə arasında ticarət əlaqələrinin genişləndirilməsi baxımından mühüm platforma təqdim edir.

Azərbaycan iş dünyasının nümayəndələri tədbirdə iştirak etməyə dəvət olunur.