Son dəqiqə

Prezident İlham Əliyev

Prezident İlham Əliyev Kazanda MDB ölkələrinin liderləri ilə bir arada

Bakı. TurkicWorld

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Kazanda BRİCS sammiti çərçivəsində MDB ölkələrinin liderləri ilə qeyri-formal görüşü olub.

TurkicWorld xəbər verir ki, dövlət başçıları bir araya gələrək müzakirələr aparıblar.

Qeyd edək ki, bu gün Kazan şəhərində BRICS-ə üzv dövlətlərin dövlət başçılarının sammiti baş tutub.

BRİCS 2006-cı ildə yaradılmış hökumətlərarası təşkilatdır. Rusiya 2024-cü il yanvarın 1-dən BRİCS-ə sədrliyi qəbul edib. Hazırda Rusiya, Braziliya, Hindistan, Çin və Cənubi Afrikadan başqa, Misir, Efiopiya, İran, BƏƏ və Səudiyyə Ərəbistanı da təşkilatın üzvüdür.

Mövzuya görə xəbərlər