Son dəqiqə

Prezident İlham Əliyev

Prezident İlham Əliyev iki qanunda dəyişikliklə bağlı fərman imzalayıb

Bakı. TurkicWorld :

Prezident İlham Əliyev "Dərman vasitələri haqqında" və "Reklam haqqında" qanunlarda dəyişiklik edilməsi barədə" qanunun tətbiqi və "Dərman vasitələri haqqında" qanunun tətbiq edilməsi barədə" fərmanda dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

TurkicWorld xəbər verir ki, fərmana əsasən, Nazirlər Kabineti "Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi Qaydası"nın təsdiq edilməsi haqqında" Qərarın təkmilləşdirilməsinə dair zəruri tədbirlər görüb Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli, "Dərman vasitələri haqqında" və "Reklam haqqında" qanunlarda dəyişiklik edilməsi barədə" qanundan irəli gələn digər məsələləri həll etməlidir.

"Dərman vasitələri haqqında" qanunun tətbiq edilməsi barədə" fərmanın 2.1-2-ci bəndində ikinci halda "üçüncü" sözü "dördüncü" sözü ilə əvəz edilməlidir.

Mövzuya görə xəbərlər