Son dəqiqə

Prezident İlham Əliyev

Silahlı münaqişə zamanı mədəni sərvətlərin daşınma qaydası müəyyənləşib

Bakı. TurkicWorld:

Silahlı münaqişə zamanı mədəni sərvətlərin mühafizəsi Silahlı Qüvvələrin hərbi qulluqçularına həvalə ediləcək.

TurkicWorld xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” qanuna dəyişiklikdə əksini tapıb.

Qanuna əsasən, silahlı münaqişə zamanı daşınar mədəni sərvətlərin təhlükəsiz yerlərə köçürülməsində “Silahlı münaqişə zamanı daşınar mədəni sərvətlərin mühafizəsi haqqında” Konvensiyaya uyğun olaraq, fərqləndirici emblemlə işarələnmiş nəqliyyat vasitələrindən istifadə oluna bilər.

Mövzuya görə xəbərlər