Son dəqiqə

Prezident İlham Əliyev

Prezident İlham Əliyev: Bolqarıstan və Azərbaycan 2015-ci ildən strateji tərəfdaşdırlar və bu illər ərzində əlaqələrimiz sürətlə və uğurla inkişaf edib

Bakı. TurkicWorld:

Bir neçə önəmli sənəd imzalamışıq. Onların arasında təbii ki, strateji əməkdaşlığın möhkəmləndirilməsi Bəyannaməsini xüsusilə qeyd etmək istərdim.

TurkicWorld xəbər verir ki, bu barədə mayın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Bolqarıstan Prezidenti Rumen Radev mətbuata bəyanatlarla çıxış edərkən dövlət başçımız deyib.

"Bolqarıstan və Azərbaycan 2015-ci ildən strateji tərəfdaşdırlar və bu illər ərzində əlaqələrimiz sürətlə və uğurla inkişaf edib və Bolqarıstan prezidentinin növbəti səfəri bunun növbəti təzahürüdür", - Prezident İlham Əliyev bildirib.

Mövzuya görə xəbərlər