Son dəqiqə

Prezident İlham Əliyev

Prezident İlham Əliyev: Azərbaycan qazının Bolqarıstana ixracı ildən-ilə artmaqdadır

Bakı. TurkicWorld:

Azərbaycan qazının Bolqarıstana ixracı ildən-ilə artmaqdadır.

TurkicWorld xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Bolqarıstan Prezidenti Rumen Radevlə mətbuata bəyanatında deyib.

"Keçən il 1 milyard 250 milyon kubmetr Azərbaycan qazı Bolqarıstan bazarına nəql edilmişdir. Müqayisə üçün deyə bilərəm ki, 2022-ci ildə bu rəqəm cəmi 600 milyon idi", - deyə dövlətimizin başçısı əlavə edib.

Mövzuya görə xəbərlər