Qırğızıstan qiymətli metalların ixracını məhdudlaşdırır

Qırğızıstan qiymətli metalların ixracını məhdudlaşdırır

Bakı. TurkicWorld:

Qırğızıstan 6 ay müddətinə ölkədən qiymətli metalların ixracını məhdudlaşdırır.

TurkicWorld çərşənbə günü "İnterfaks"a istinadən xəbər verir ki, martın 22-də Qırğızıstan hökuməti qiymətli metalların və tərkibində qiymətli metallar olan malların ölkədən ixracına altı ay müddətinə məhdudiyyətlər tətbiq etmək barədə qərar qəbul edib.

Qırğızıstan Nazirlər Kabinetinin Mətbuat xidməti bildirib ki, qərar zərgərlik sənayesini qorumaq məqsədi daşıyır.