Son dəqiqə

Qırğızıstan Sadır Japarov Bişkek ÜDM gömrük və nəqliyyat əməkdaşlığı sammit Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) təkmilləşdirilməsi

ŞƏT ölkələri dünya əhalisinin 40 faizindən çoxunu və qlobal ÜDM-in təxminən üçdə birini birləşdirir — Japarov

BAKI,TurkicWorld

Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv dövlətlər dünya əhalisinin 40 faizindən çoxunu birləşdirir və qlobal ümumi daxili məhsulun (ÜDM) təxminən üçdə birini təmin edir.

Trend-in xüsusi müxbirinin verdiyi məlumata görə, bunu Qırğızıstan Prezidenti Sadır Japarov Bişkekdə keçirilən ŞƏT sammitinin açılışında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, ŞƏT-in 25 illik yubileyi ilində üzv dövlətlərin qarşısında duran ümumi vəzifə yalnız təşkilatın fəaliyyətinin ilk 25 ilinin yekunlarını nəzərdən keçirmək deyil, həm də onun inkişafında yeni mərhələnin əsasını qoymaqdır.

“ŞƏT-in 25 illik yubileyi ilində bizim ümumi vəzifəmiz yalnız ilk dörddəbir əsrin nəticələrini yekunlaşdırmaq deyil, həm də təşkilatın tarixində dayanıqlı sülh, birgə inkişaf və ümumi rifah səhifəsini açmaqdır”, — Japarov deyib.

Qırğızıstan Prezidenti ŞƏT ölkələrinin xalqlarının maraqlarına cavab verən razılaşdırılmış qərarlar qəbul edə biləcəyinə əminliyini ifadə edib.

“Əminəm ki, xalqlarımızın maraqlarına cavab verən razılaşdırılmış qərarlar qəbul edə biləcəyik. Qoy yubiley ili təşkilatımızın inkişafında yeni mərhələnin başlanğıc nöqtəsinə çevrilsin”, — o qeyd edib.

Japarov, həmçinin ŞƏT-in fəaliyyətinin daha da təkmilləşdirilməsinin zəruriliyini vurğulayıb.

Qeyd edək ki, ŞƏT 2001-ci ildə yaradılıb və ilkin olaraq Çin, Rusiya, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistanı birləşdirib. 25 il ərzində təşkilatın üzvlərinin sayı 10 dövlətə çatıb.

ŞƏT-in 26-cı yubiley sammiti Qırğızıstanın sədrliyi ilə avqustun 31-də və sentyabrın 1-də Bişkekdə keçiriləcək. Görüşdə təşkilatın gələcək inkişafı, iqtisadi və nəqliyyat əməkdaşlığının gücləndirilməsi, həmçinin təhlükəsizlik sahəsində əməkdaşlıq məsələləri diqqət mərkəzində olacaq.

Sammitin yekunlarına əsasən liderlərin ŞƏT-in maliyyə və iqtisadi mexanizmlərinin inkişafı ilə bağlı bir sıra sənədləri nəzərdən keçirəcəyi gözlənilir. Bu sənədlərə milli valyutalarla hesablaşmaların genişləndirilməsi və yeni əməkdaşlıq institutlarının yaradılması ilə bağlı təşəbbüslər də daxildir.

Mövzuya görə xəbərlər