Son dəqiqə

Qırğızıstan Sadır Japarov

Japarov ikinci müddətə prezident olmaq niyyətindədir

BAKI,TurkicWorld

Qırğızıstanın dövlət başçısı Sadır Japarov 2027-ci ildə prezident seçkilərində iştirak etmək niyyətində olduğunu bildirib.

Qırğızıstan KİV-lərinə görə, o, bu barədə jurnalist Əli Toktakunova müsahibəsində bildirib.

"Daha bir müddətə namizədliyimi irəli sürmək və fəaliyyətimi davam etdirmək niyyətindəyəm", – Japarov deyib.

Prezident həmçinin qeyd edib ki, seçkilərdə iştirak etmək istəyən hər kəs namizədliyini irəli sürə biləcək və digər namizədlərə məhdudiyyət qoymayacağına söz verib.

Qeyd edək ki, növbəti prezident seçkilərinin 27 yanvar 2027-ci ildə keçirilməsi planlaşdırılır.

Mövzuya görə xəbərlər