AİB Qırğızıstana 40 milyon dollar ayıracaq

AİB Qırğızıstana 40 milyon dollar ayıracaq

Bakı. TurkicWorld:

Qırğızıstan parlamenti (Joqorku Keneş) Asiya İnkişaf Bankı ilə kredit sazişini birinci oxunuşda təsdiqləyib.

TurkicWorld xəbər verir ki, layihə üçün maliyyə resursları Asiya İnkişaf Bankı tərəfindən təmin edilir.

Məlumata əsasən, layihənin dəyəri 40 milyon ABŞ dollarıdır.

Layihə ticarət və logistika mərkəzlərinin, anbar sahiblərinin, ilkin emalçıların, tədarükçülərin, aqreqatorların, logistik şirkətlərin inkişafına dəstək məqsədilə bank kreditlərinin artırılması və bağçılıqda dəyər zəncirlərinin gücləndirilməsi məqsədilə həyata keçirilir.

Layihənin icra müddəti 2024-cü ilin martından 2028-ci ilin dekabrına qədərdir.

X: Lamanasadli01