Son dəqiqə

Qırğızıstan Monqolustan Şakiyev Nurlanbek

Qırğızıstan və Monqolustan parlamentlərinin sədrləri əməkdaşlıq memorandumu imzalayıb

Bakı. TurkicWorld:

Qırğızıstan və Monqolustan parlamentləri arasında əməkdaşlıq haqqında memorandumu Joqorku Keneşin sədri Nurlanbek Şakiyev və Monqolustan Dövlət Böyük Xuralının sədri Qombjav Zandanşatar imzalayıblar.

TurkicWorld xəbər verir ki, memorandumda Joqorku Keneş və Monqolustanın Dövlət Böyük Xuralı arasında əməkdaşlıq üzrə komissiyanın yaradılması, ixtisaslaşmış komitələr, parlament dostluq qrupları səviyyəsində qarşılıqlı fəaliyyətin qurulması, beynəlxalq platformada əlaqələrin gücləndirilməsi nəzərdə tutulur.

Məlumata əsasən, imzalanma mərasimindən sonra spikerlər geniş tərkibdə iki ölkə arasında siyasi, iqtisadi, mədəni-humanitar əlaqələrin genişləndirilməsi məsələlərini müzakirə ediblər.

X: Lamanasadli01

Mövzuya görə xəbərlər