Son dəqiqə

Qazaxıstan Qırğızıstan Sadır Japarov Murat Nurtleu

Japarov Qazaxıstan XİN rəhbərini qəbul edib

Bakı. TurkicWorld:

Qırğızıstan Respublikasının prezidenti Sadır Japarov Qazaxıstanın xarici işlər naziri Murat Nurtleunu qəbul edib.

TurkicWorld xəbər verir ki, bu barədə Qırğızıstan prezidentinin mətbuat xidməti məlumat yayıb.

Məlumata əsasən, tərəflər Qırğızıstan-Qazaxıstan çoxşaxəli əməkdaşlığının daha da inkişaf etdirilməsi və dərinləşdirilməsinin cari məsələlərini, habelə ticarət-iqtisadi fəaliyyətin aktivləşdirilməsini müzakirə ediblər.

Bundan əlavə, ikitərəfli əməkdaşlığın geniş spektrində perspektivli layihələrin reallaşdırılması üçün səylərin birləşdirilməsi təklifi irəli sürülüb.

Qeyd edək ki, Qazaxıstanın xarici işlər naziri Murat Nurtleu Bişkekə rəsmi səfər edib.

X: Lamanasadli01

Mövzuya görə xəbərlər