Son dəqiqə

Qazaxıstan Qırğızıstan Sadır Japarov Murat Nurtleu

Sadır Japarov Qazaxıstana səfər edəcək

Bakı. TurkicWorld:

Qırğızıstan prezidenti Sadır Japarov Qazaxıstana rəsmi səfər edəcək.

TurkicWorld xəbər verir ki, bu barədə Qırğızıstanın xarici işlər naziri Jeenbek Kulubayev Bişkekdə Qazaxıstanın xarici işlər naziri Murat Nurtleu ilə görüşündən sonra məlumat verib.

Kulubayev qeyd edib ki, bu il həmçinin, Qırğızıstan-Qazaxıstan hökumətlərarası komissiyasının müvafiq hökumət başçılarının sədrliyi ilə iclası keçiriləcək.

Qeyd edək ki, Murat Nurtleu yanvarın 28-də Jeenbek Kulubayevin dəvəti ilə Qırğızıstana rəsmi səfər edib. Səfər çərçivəsində M.Nurtleu Qırğızıstan prezident Sadır Japarovla da görüşəcək.

X: Lamanasadli01

Mövzuya görə xəbərlər