Avropa Komissiyasının vitse-prezidenti Qırğızıstana səfər edəcək

Avropa Komissiyasının vitse-prezidenti Qırğızıstana səfər edəcək

Bakı. TurkicWorld:

Avropa Komissiyasının vitse-prezidenti Marqaritis Şinas yanvarın 15-də Bişkekə səfər edəcək.

TurkicWorld-un məlumatına görə, səfər çərçivəsində Şinas, Qırğızıstan prezidenti Sadır Japarov, baş nazir Akılbek Japarov və xarici işlər naziri Jeenbek Kulubayevlə görüşəcək.

Qeyd edək ki, 9 yanvar 2024-cü il tarixində Türkiyənin xarici işlər naziri Hakan Fidan Qırğızıstana rəsmi səfər edib.

Bu, 2024-cü ildə Qırğızıstanın ev sahibliyi etdiyi ilk rəsmi səfər olub.

Aytac Süleymanova

Twitter: a_alieva_