Qırğızıstan ilk dəfə öz vəsaiti hesabına Türkiyədən PUA alıb

Qırğızıstan ilk dəfə öz vəsaiti hesabına Türkiyədən PUA alıb

Bakı. TurkicWorld:

Qırğızıstan ilk dəfə olaraq sərhəd təşkilatı üçün respublika büdcəsi hesabına Türkiyədən AKINCI və AKSUNGUR PUA alıb.

TurkicWorld-un məlumatına görə, Qırğızıstan prezidenti Sadır Japarov dövlət sərhədinin mühafizəsi üzrə pilotsuz uçuş aparatlarının döyüş tapşırığının təşkili barədə məlumat alıb.

"Yüksək texnologiyalı pilotsuz uçuş aparatları, onların döyüş xidməti texnikası ölkənin təhlükəsizliyinin təmin olunmasına böyük töhfə verəcək. Hərbi texnika və silahlardan səmərəli və ehtiyatla istifadə etmək lazımdır",- deyə Sadır Japarov bildirib.

Bundan əlavə qeyd edək ki, Sadır Japarov, Türkiyənin Baykar şirkətinin baş direktoru Haluk Bayraktarı Qırğız Respublikasının dövlət mükafatı olan “Dank” ordeni ilə təltif edib.

Aytac Süleymanova