Qırğızıstan MDB Liderlər Zirvə toplantısına ev sahibliyi edəcək

Qırğızıstan MDB Liderlər Zirvə toplantısına ev sahibliyi edəcək

Bakı. TurkicWorld:

Qırğızıstan oktyabrın 13-də sədrlik etdiyi Müstəqil Dövlətlər Birliyinin (MDB) Liderlər Zirvə toplantısına ev sahibliyi edəcək.

TurkicWorld-un məlumatına görə, Zirvə toplantısında MDB-yə üzv dövlətlərin rəhbərlərinin iştirakı gözlənilir.

Sammitdə MDB-yə üzv dövlətlər arasında kommersiya, iqtisadi, mədəni və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi və gücləndirilməsi istiqamətində mühüm qərarlar qəbul ediləcək.

Qeyd edək ki, MDB - Rusiya, Azərbaycan, Qırğızıstan, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Tacikistan, Ermənistan və Belarusdan ibarətdir.

Xatırladaq ki, 12 oktyabr, 2022-ci ildə Qazaxıstanda MDB Dövlət Başçılarının iclası keçirilib.

Aytac Süleymanova

Twitter: a_alieva_