Bakı. TurkicWorld:
Çolpon-Ata şəhərində Qırğızıstanın daxili işlər naziri Ulan Niyazbekov və Qazaxıstanın daxili işlər naziri Marat Axmetjanovun ikitərəfli görüşü keçirilib.
TurkicWorld xəbər verir ki, bu barədə Qırğız Respublikasının Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumata əsasən, Qazaxıstan Respublikasının Daxili İşlər Nazirliyi ilə Qırğızıstan Respublikasının Daxili İşlər Nazirliyi arasında cinayətlərin aşkar edilməsi, həlli və qarşısının alınması, habelə ictimai asayişin qorunması, ictimai təhlükəsizliyin təmin edilməsi , kadrların hazırlanması və ixtisasartırma sahəsində qarşılıqlı əməkdaşlıq barədə memorandum imzalanıb.
Bundan əlavə, tərəflər qardaş ölkələrin hüquq-mühafizə orqanlarının birgə fəaliyyətinin hər iki dövlətin vətəndaşlarının təhlükəsizliyinin maraqları naminə bundan sonra da möhkəmlənəcəyinə əminliklərini ifadə ediblər.
Ləman Əsədli
Twitter: lamanasadli01