Son dəqiqə

Özbəkistan Qırğızıstan

Qırğızıstan-Özbəkistan dövlət sərhədinin demarkasiyası məsələləri müzakirə edilib

Bakı. TurkicWorld:

13-19 avqust tarixlərində Çolpon-Ata şəhərində Qırğızıstan-Özbəkistan demarkasiya komissiyasının işçi qruplarının görüşü keçirilib.

TurkicWorld xəbər verir ki, görüş zamanı Qırğızıstan-Özbəkistan dövlət sərhədinin demarkasiyası məsələləri müzakirə edilib.

Bundan əlavə, demarkasiya işlərinin aparılması üçün xüsusi geodeziya şəbəkəsinin yaradılması üzrə hazırlıq işləri görülüb.

Qeyd edək ki, Qırğızıstan və Özbəkistan arasında 1379 kilometrlik ərazi ilə əlaqədar 2021-ci ilin 23-25 ​​mart tarixlərində Özbəkistanın paytaxtı Daşkənddə aparılan sərhəd müzakirələrində problemin qarşılıqlı ərazi dəyişməsi yolu ilə həll olunması bildirilib.

Ləman Əsədli
Twitter: Lamanasadli01

Mövzuya görə xəbərlər