Bakı. TurkicWorld:
Qırğızıstan prezidenti Sadır Japarov Monqolustanda səfirliyin açılışında iştirak edəcək.
TurkicWorld-un məlumatına görə, Qırğızıstan prezidenti Sadır Japarov Monqolustan prezidentinin dəvəti ilə 9-11 iyul tarixlərində Monqolustanda rəsmi səfərdə olacaq.
Tərəflər Qırğızıstan və Monqolustan arasında ticarət, iqtisadiyyat, investisiya, mədəni-humanitar sahələrdə ikitərəfli əməkdaşlığın vəziyyəti və gələcək inkişaf perspektivlərini müzakirə edəcəklər.
Səfər zamanı Qırğızıstan və Monqolustan arasında dostluq və əməkdaşlıq əlaqələrinin iqtisadi, rəqəmsallaşma, kənd təsərrüfatı, ətraf - mühitin mühafizəsi, meşə ekosistemlərinin inkişafı və s. bu sahələrdə əməkdaşlığa dair bir sıra ikitərəfli sazişlər imzalanacaq.
Bundan əlavə, Sadır Japarov Ulan-Bator səfəri çərçivəsində Qırğızıstan Respublikasının Monqolustan səfirliyinin rəsmi açılış mərasimində iştirak edəcək.
Tərəflər, həmçinin Qırğızıstan və Monqolustan arasında ticarət, iqtisadi, sosial və humanitar əlaqələrin gücləndirilməsi məqsədilə Bişkek və Ulan-Bator şəhərləri, Qırğızıstanın Çuy rayonu və Monqolustanın Hentii aymağı arasında qardaş şəhər əlaqələrinin yaradılması haqqında sazişlər imzalayacaqlar.
Xatırladaq ki, Qırğızıstan prezidenti Sadır Japarov 22 may 2023-cü il tarixində Monqolustanın paytaxtı Ulan-Batorda səfirlik açılması ilə bağlı fərman imzalayıb.