Qətər əmiri Qırğızıstana ilk dəfə rəsmi səfər edəcək

Qətər əmiri Qırğızıstana ilk dəfə rəsmi səfər edəcək

Bakı, TurkicWorld:

Qətər əmiri Şeyx Təmim bin Həməd Al Tani 6-7 iyun tarixlərində ilk dəfə Qırğızıstan Respublikasına rəsmi səfər edəcək.

TurkicWorld xəbər verir ki, səfər çərçivəsində Qırğızıstan Respublikasının prezidenti Sadır Japarovla Qətər əmiri arasında ikitərəfli danışıqlar aparılacaq.

Məlumata əsasən, ölkə başçıları ikitərəfli və çoxtərəfli əməkdaşlığın aktual məsələlərini müzakirə edəcəklər.

Bundan əlavə, iki ölkə arasında bir sıra ikitərəfli sənədlərin imzalanacağı gözlənilir.

Ləman Əsədli
Lamanasadli01