Bakı. TurkicWorld:
Qırğızıstanın xarici işlər naziri Jeenbek Kulubayev Monqolustanın xarici işlər naziri Batmunhiyn Battsetseqin dəvəti ilə Monqolustana rəsmi səfərə gəlib.
TurkicWorld-un məlumatına görə, rəsmi səfər çərçivəsində Monqolustan xarici işlər naziri B.Batsetseq və Monqolustan Prezidenti U.Hurelsuh ilə görüşlər nəzərdə tutulub.
Qırğızıstan Respublikasının nümayəndə heyətində həmçinin Qırğızıstan Respublikasının Maliyyə Nazirliyinin Dövlət Vergilər İdarəsinin rəisi A.Abduvapov, iqtisadiyyat nazirinin müavini İ.Asalkulov, kənd təsərrüfatı naziri A.Canibekov olub. Qırğızıstan nümayəndə heyəti Monqolustanın İqtisadiyyat və İnkişaf Nazirliyinin, Qida, Kənd Təsərrüfatı və Yüngül Sənaye Nazirliyinin, Vergilər İdarəsinin və Monqolustan Meşə Təsərrüfatı Departamentinin rəhbərləri ilə görüşəcək.