Bakı. TurkicWorld:
Qırğızıstan Prezidenti Sadır Japarov mayın 18-20-də Çin Xalq Respublikasında rəsmi səfərdə olacaq.
TurkicWorld-un məlumatına görə, prezident səfəri zamanı Çin-Mərkəzi Asiya Sammitinin işində iştirak edəcək.
“Qarşıdan gələn səfər çərçivəsində Çin Xalq Respublikasının sədri Si Cinpinlə ikitərəfli görüşlər planlaşdırılır. İki ölkə liderləri ikitərəfli və çoxtərəfli əməkdaşlığın aktual məsələləri üzrə əməkdaşlığın dərinləşdirilməsi və genişləndirilməsini müzakirə edəcəklər. Prezident Sadır Japarovun Çin Xalq Respublikası Dövlət Şurasının Baş naziri Li Qianq, Çin Xalq Siyasi Məşvərət Şurasının Ümumçin Komitəsinin sədri Van Huninq, digər rəsmi şəxslər və işgüzar dairələrlə də görüşləri nəzərdə tutulub”, - deyə Qırğızıstan Prezidenti Administrasiyasının Xarici siyasət şöbəsinin müdiri Muratbek Azımbakiyev bildirib.







