BAKI, TurkicWorld
Arxeoloqlar Qazaxıstandakı “Sarayıçıq” muzey-qoruğu ərazisində aparılan arxeoloji qazıntılar zamanı Qızıl Orda dövrünə aid üç yeni yaşayış məskəni və 250 artefakt aşkar ediblər.
TurkicWorld bu barədə xarici KİV-ə istinadən xəbər verir.
""Sarayıçıq" qoruq tipli muzeyinin ərazisində üç qədim yaşayış məskənini Atırau arxeoloqları aşkarlayıb. Qazıntılar zamanı 250 artefakt tapılıb. Yaşayış evinin divar qalıqları, qala və karvansarayın izləri üzə çıxarılıb. Tapıntılar XIV əsrin əvvəllərinə aid edilir və Qızıl Orda dövrünə məxsusdur", – məlumatda qeyd olunur.
Bildirilir ki, alimlər tapıntılar haqqında 2025-ci il üzrə tədqiqatların yekunlarına həsr olunmuş tədbir çərçivəsində Atırau Universitetində məlumat veriblər.







