Son dəqiqə

Qazaxıstan Almaniya Kasım-Jomart Tokayev BMT Təhlükəsizlik Şurası

Almaniya BMT Təhlükəsizlik Şurasının daimi üzvü olmağa layiqdir – Tokayev

Bakı,TurkicWorld

Biz hesab edirik ki, bir sıra inkişaf etmiş ölkələr, o cümlədən Almaniya, BMT Təhlükəsizlik Şurasının daimi üzvü olmağa layiqdir.

TurkicWorld xəbər verir ki, bu sözləri Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev deyib.

Mərkəzi Asiya dövlət başçılarının və Almaniya Kanslerinin Astanada keçirilən görüşündə Qazaxıstan prezidentinin çıxışında beynəlxalq təhlükəsizliyin və sabitliyin möhkəmləndirilməsinə böyük diqqət yetirilib.

“Çətin geosiyasi vəziyyət fonunda təhlükəsizliyin və sabitliyin təmin edilməsi məsələləri daim diqqət mərkəzində olmalıdır”,- deyə Tokayev bildirib.

Sammitin yekunu olaraq Mərkəzi Asiya dövlət başçılarının və Almaniya Federal Kanslerinin Birgə Bəyannaməsi qəbul edilib.

Qeyd edək ki, sammitdə Almaniya Kansleri Olaf Şolz, Qırğızıstan Prezidenti Sadır Japarov, Tacikistan Prezidenti Emoməli Rəhmon, Türkmənistan Prezidenti Serdar Berdiməhəmmədov və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev də çıxış ediblər.

Mövzuya görə xəbərlər