Son dəqiqə

Kasım-Jomart Tokayev Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT)

COP29-da iqlim gündəliyində duran məsələlər üzrə həmrəylik nümayiş etdirə bilərik - Kasım-Jomart Tokayev

Astana, TurkicWorld

COP29-da iqlim gündəliyində duran məsələlər üzrə həmrəylik nümayiş etdirə bilərik.

TurkicWorld xəbər verir ki, bu barədə Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Astanada "ŞƏT+" formatında keçirilən iclasda deyib.

"Bu reallıqlarda ekologiya və iqlim dəyişikliyi ilə mübarizə sahəsində əməkdaşlıq xüsusi aktuallıq kəsb edir. Bu sahədə vəziyyət ciddi narahatlıq doğurur. Demək olar ki, bütün dövlətlərə böyük ziyan vuran müxtəlif təbii fəlakətlərin əhəmiyyətli dərəcədə artdığının şahidi olduq. Bu yaxınlarda Qazaxıstan misli görünməmiş daşqınların nəticələrini yaşadı. Ekspertlərin fikrincə, bu təbii fəlakətin miqyası birbaşa olaraq qlobal istiləşmə prosesi ilə bağlıdır. Aydındır ki, təkbaşına iqlim problemlərinin öhdəsindən gəlmək mümkün deyil", - o deyib.

Tokayevin fikrincə, dünya birliyi bütün dövlətlərin mühüm inkişaf məsələləri və modernləşdirilməsinə xələl gətirmədən iqtisadiyyatın dekarbonizasiyası istiqamətində qətiyyətli kursu davam etdirməlidir.

"İqlim gündəliyində duran məsələlərlə bağlı həmrəyliyimizi bu ilin noyabrında Bakıda keçiriləcək COP29 konfransında nümayiş etdirə biləcəyik. Fürsətdən istifadə edərək, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə bu qlobal tədbirin uğurla keçirilməsini arzulayıram. Daxili su hövzələrinin deqradasiyası problemlərinin həlli üzrə birgə tədbirlərin hazırlanmasına, eləcə də suya qənaət edən yeni texnologiyaların tətbiqinə xüsusi diqqət yetirilməlidir. Ölkələrimizin bu istiqamətdə birgə fəaliyyəti BMT Baş Assambleyası tərəfindən elan edilmiş məqsədin icrasına - Tacikistanın təşəbbüsü ilə irəli sürülmüş Beynəlxalq Buzlaqların Mühafizəsi ilinin keçirilməsinə - ŞƏT-in praktiki töhfəsi olacaq", - o deyib.

Mövzuya görə xəbərlər