Bakı,TurkicWorld:
Koreya Qazaxıstanın ən böyük beş investorundan biridir.
TurkicWorld xəbər verir ki, bu sözləri Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev, Akordada Koreya Respublikasının Prezidenti Yoon Suk Yeol ilə görüşü zamanı deyib.
Tokayev görüşdə iki ölkə arasında ticarət-iqtisadi və investisiya sahələrində əməkdaşlığın əhəmiyyətini vurğulayıb.
“Koreyadan cəlb olunmuş investisiyaların həcmi 9,6 milyard dollara çatıb. Hər iki tərəf bu rəqəmin artmasında maraqlıdır. Qazaxıstanda Koreya kapitallı 700-dən çox şirkət fəaliyyət göstərir. Bunalara misal olaraq Samsung, Hyundai, KIA, LOTTE, Doosan, Cosco kimi nəhəng korporasiyaları qeyd edə bilərik”, – deyə o bildirib.