Son dəqiqə

Qazaxıstan Kasım-Jomart Tokayev

Tokayev ÜTT-nin baş direktoru ilə görüşüb

Bakı,TurkicWorld:

Qazaxıstan Prezdienti Kasım Jomart-Tokayev, Ümumdünya Ticarət Təşkilatının baş direktoru Nqozi Okonjo-İveala ilə görüşüb.

TurkicWorld xəbər verir ki, Tokayev Qazaxıstanın Ümumdünya Ticarət Təşkilatı ilə əməkdaşlığın genişləndirilməsinə böyük önəm verdiyini qeyd edib.

“Biz əminik ki, Sizin rəhbərliyiniz altında beynəlxalq çoxtərəfli ticarət sistemi mövcud ticarət maneələrinin aradan qaldırılmasına və bərabər rəqabət şəraitinin yaradılmasına yönəlmiş köklü transformasiyadan keçəcək. 12-ci Nazirlər Konfransına sədrlik etmək Qazaxıstan üçün böyük məsuliyyət və şərəfdir”, – deyə prezident bildirib.

Qeyd edək ki, Tokayev Ümumdünya Ticarət Təşkilatının qlobal rolunu yüksək qiymətləndirərək Nqozi Okonjo-İvealanı II dərəcəli “Dostuk” ordeni ilə təltif edib.

Mövzuya görə xəbərlər