Son dəqiqə

Fələstin Qazaxıstan Kasım-Jomart Tokayev

Tokayev Fələstinin tanınmasını dəstəkləyir

Bakı,TurkicWorld:

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Fələstinin tanınmasını dəstəkləyir.

TurkicWorld xəbər verir ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Parlament Assambleyası Şurasının iclasının iştirakçıları ilə görüşüb.

“Qəzza zolağında hər gün dinc sakinlər, qadınlar və uşaqlar da daxil olmaqla yüzlərlə insan ölməkdə və ağır yaralanmaqda davam edir. Bütün böyük beynəlxalq təşkilatlar Fələstindəki humanitar vəziyyəti qəbuledilməz adlandırıb”, – deyə Tokayev bildirib.

Həmçinin Prezident Rusiyanın KTMT Parlament Assambleyasına daimi status verilməsi təklifini dəstəklədiyini bildirərək digər ölkələrin nümayəndə heyətlərini də bu təklifi dəstəkləməyə çağırıb.

Mövzuya görə xəbərlər