Bakı,TurkicWorld
2026-cı ildə Qazaxıstan BMT-nin himayəsi altında Regional İqlim Sammitinə ev sahibliyi edəcək.
TurkicWorld xəbər verir ki, bu barədə Qazaxıstan Respublikası Prezidenti Kasım-Jomart Tokayevin Almatıda alimlərlə görüşündə qeyd edib.
“Yeni reallıqlarda ekoloji düşüncə bütün təhsil və elmi proqramların əsasını təşkil etməlidir. Təbii ehtiyatlara məsuliyyətli münasibət və ətraf mühitə qayğı ictimai şüurun tərkib hissəsinə çevrilməlidir. Bu il ölkəmizdə “Təzə Qazaxıstan” ekoloji kampaniyasına start verilib. Bu insanlarımızın ətraf mühitə münasibətini və təlimatlarını dəyişdirmək üçün nəzərdə tutulmuş son dərəcə mühüm layihədir”,- deyə Tokayev bildirib.