Son dəqiqə

Qazaxıstan Kasım-Jomart Tokayev

Tokayevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib

Bakı, TurkicWorld:

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin sədrliyi ilə Qazaxıstan Respublikası Təhlükəsizlik Şurasının növbəti iclası keçirilib.

TurkicWorld xəbər verir ki, iclasda terrorizm və ekstremizmə qarşı mübarizə sahəsində işin səmərəliliyinin artırılması məsələləri müzakirə olunub.

Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin sədri Ermek Sagimbayevin məruzəsi və bir sıra digər dövlət qurumu rəhbərlərinin məlumatı dinlənilib.

İclasın yekunu üzrə dövlət orqanlarına konkret tapşırıqlar verilib.

Mövzuya görə xəbərlər