Son dəqiqə

Qazaxıstan Niderland Kasım-Jomart Tokayev

Tokayev və Niderlandın Baş naziri əməkdaşlıq məsələlərini müzakirə edib

Bakı. TurkicWorld:

Qazaxıstan Respublikasının prezidenti Kasım-Jomart Tokayev Astanaya işgüzar səfər edən Niderlandın Baş naziri Mark Rutte ilə görüşüb.

TurkicWorld xəbər verir ki, tərəflər siyasi, iqtisadi, mədəni və humanitar sahələrdə qarşılıqlı fəaliyyətin genişləndirilməsi perspektivlərini araşdırıblar.

"İkitərəfli əməkdaşlığımızın dinamik inkişafını da qeyd etmək istərdim. Niderland iqtisadiyyatımıza ən böyük sərmayə qoyan ölkədir. Birbaşa investisiyaların həcmi 120 milyard dolları ötüb. Ölkələrimiz birgə irimiqyaslı layihələr həyata keçirir”, - deyə Tokayev vurğulayıb.

Rutte Qazaxıstan və Niderland arasında praktiki qarşılıqlı fəaliyyətin intensivləşdirilməsinin tərəfdarı olduğunu bildirib.

Mövzuya görə xəbərlər