Qazaxıstanda 634 neft quyusu fəaliyyətini dayandırıb

Qazaxıstanda 634 neft quyusu fəaliyyətini dayandırıb

Bakı. TurkicWorld:

Qazaxıstanda daşqınlar səbəbindən 634 neft quyusu fəaliyyətini dayandırıb.

TurkicWorld xəbər verir ki, bu barədə Qazaxıstan Respublikası Energetika Nazirliyinin mətbuat xidməti açıqlayıb.

"Ölkədə baş vermiş daşqın nəticəsində neft hasilatının ümumi itkisi 16 min ton təşkil edib. Bu günədək 141 quyunun istismarı bərpa edilib, 493 quyuda hasilat hələ də dayandırılıb. Hazırda bərpa işləri aparılır. Bundan əlavə, əhalinin məskunlaşdığı ərazilərdə yeni daşqın bəndlərinin tikintisi və mövcud bəndlərin möhkəmləndirilməsi, bəndlərin qaldırılması və təmiri işlərinə köməklik göstərilir", - deyə məlumatda qeyd edilib.

Qeyd edək ki, Qazaxıstanda daşqınlar başlayandan 100 mindən çox insan xilas edilib.

X: Lamanasadli01