Astanada logistika regional forumu keçiriləcək

Astanada logistika regional forumu keçiriləcək

Bakı. TurkicWorld:

Qazaxıstanda Beynəlxalq Hava Yükdaşımaları Assosiasiyası (TİACA) ilk aviayük və logistika regional forumu təşkil ediləcək.

TurkicWorld-un məlumatına görə, tədbir Qazaxıstanın paytaxtı Astana şəhərində bu ilin iyun ayının 19-21-də ölkənin Nəqliyyat Nazirliyi, Qazaxıstan Aviasiya Administrasiyası və Mülki Aviasiya Komitəsinin dəstəyi ilə keçiriləcək.

Səmada İpək Yolu – Qazaxıstan Hava Yük Qovşağı mövzusunda tədbir 2-ci Aviasiya Danışıqları çərçivəsində keçiriləcək. İştirakçılar hava yükdaşımaları sektorunun tranzit potensialı, multimodal daşımalar, innovasiyalar və yük daşımalarının rəqəmsallaşdırılması, hava limanları infrastrukturu, logistika mərkəzləri, səmərəli gömrük prosedurları, davamlı aviasiya yanacaq (SAF), beynəlxalq daşıyıcılarla əməkdaşlıq kimi əsas sahələrinin inkişafı ilə yanaşı təhsil və kadlarla əlaqəli investisiyalarda müzakirə ediləcək.

"Biz Qazaxıstanın Aviasiya Administrasiyası ilə birlikdə yerli icmadan və dünya üzrə 300-dən çox qərar qəbul edəni bir araya gətirərək birinci dərəcəli konfrans təşkil etməklə şəbəkə qurmaq, öz təcrübələrini və həll yollarını nümayiş etdirmək, həmçinin Mərkəzi Asiya regionuna təsir edən aktual problemləri öyrənmək və müzakirə etməklə iqtisadi artımı dəstəkləməkdən və genişlənmiş logistika sənayesini təşviq etməkdən məmnunuq," - deyə TIACA-nın sədri Stiven Polmans bildirib.

Forumda qeydiyyatdan keçmək üçün aşağıdakı linkdən istifadə edə bilərsiniz:

https://web.cvent.com/event/f98f7cd4-144c-4997-89c9-bf01ba9abe46/summary

Qeydiyyat 15 may 2024-cü il tarixinədək açıq olacaq.