Almatıda Mustafa Kamal Atatürkün abidəsinin açılışı olub

Almatıda Mustafa Kamal Atatürkün abidəsinin açılışı olub

Bakı. TurkicWorld:

Qazaxıstanın Almatı şəhərində Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün şərəfinə ucaldılmış abidənin təntənəli açılış mərasimi olub.

TurkicWorld xəbər verir ki, abidə Mustafa Kamal Atatürkün adını daşıyan meydanda ucaldılıb.

Məlumata əsasən, açılış mərasimində Qazaxıstanın mədəniyyət və informasiya naziri Aida Balayeva, Türkiyənin Qazaxıstandakı səfiri Mustafa Kapucu, TÜRKSOY-un baş katibi Sultan Rayev, Almatı şəhərinin meri Yerbolat Dosayev iştirak edib.

Mərasimdə çıxış edən Aida Balayeva bildirib ki, Türkiyə və Qazaxıstan dövlət başçılarının sayəsində iki ölkə arasında münasibətlər yeni mərhələyə keçib və bütün sahələrdə dinamik inkişaf əldə edilib.

Qeyd edək ki, abidənin ucaldıldığı meydana 2023-cü ildə Qazaxıstan şəhər administrasiyası tərəfindən Mustafa Kamal Atatürkün adı verilib.

X: Lamanasadli01