Son dəqiqə

BMT Qazaxıstan Kasım-Jomart Tokayev BƏƏ

Tokayev Dubai Expo City sərgi mərkəzini ziyarət edib

Bakı. TurkicWorld:

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Birləşmiş Ərəb Əmirliklərinə səfəri çərçivəsində Dubai Expo City sərgi mərkəzini ziyarət edib.

TurkicWorld xəbər verir ki, Qazaxıstan prezidenti burada Ümumdünya İqlim Sammiti (COP28) başlamazdan əvvəl dövlət başçıları və digər forum iştirakçıları ilə danışıqlar aparıb.

Qeyd edək ki, 30 noyabr tarixində Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası – “COP28” konfransı işinə başlayıb.

X: Lamanasadli01

Mövzuya görə xəbərlər