Qazaxıstan və Türkiyə birgə PUA istehsal edəcək

Qazaxıstan və Türkiyə birgə PUA istehsal edəcək

Bakı. TurkicWorld:

Qazaxıstan və Türkiyə Pilotsuz Uçuş Aparatı (PUA) istehsalı üçün birgə müəssisənin inşası üçün danışıqlar aparır.

TurkicWorld xəbər verir ki, bu barədə Qazaxıstan müdafiə nazirinin müavini Sultan Kamaletdinov açıqlama verib.

"Hazırda PUA-ları həm xaricdən alır, həm də özümüz istehsal edirik. Qazaxıstanda, əsasən, İsrail və Çin istehsalı olan PUA-lardan istifadə edilir", - deyə o vurğulayıb.

Kamaletdinov onu da bildirib ki, Qazaxıstanda istehsal edilən PUA-ların sınaqları həyata keçirilir.

Qeyd edək ki, iyul ayında Türkiyənin Türk Uçak Sanayi Anonim Ortaklığı (TUSAŞ) tərəfindən hazırlanan ANKA Pilotsuz Uçuş Aparatı (PUA) Qazaxıstanda sınaqlara başlayıb.

ANKA-nın texniki xüsusiyyətləri:

Gövdə uzunluğu: 8 m

Qanad genişliyi: 17 m

Qanad sahəsi: 13,6 m²

Qanad genişliyi nisbəti - : 22

Ümumi uçuş çəkisi: 1.500 kq

Yanacaq tutumu: 250 kq

Yük çəkisi: 200 kq

Mühərrik: 1× Thielert Centurion 2.0 dörd silindrli, turbodizel, 155 at gücü

Ləman Əsədli
Twitter: Lamanasadli01