Türkiyədə 5,9 bal gücündə zəlzələ olub (ƏLAVƏ OLUNUB)

Türkiyədə 5,9 bal gücündə zəlzələ olub (ƏLAVƏ OLUNUB)

Bakı. TurkicWorld:

Türkiyədə zəlzələ nəticəsində yaralananların sayı 32-yə çatıb.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca tviter hesabında yazıb.

XXX
08:03

Türkiyənin Düzce vilayətində baş verən güclü zəlzələ nəticəsində 22 nəfər xəsarət alıb.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca tviter hesabında yazıb.

“Düzce vilayətində 22 yaralımız var. Onlardan biri hündürlükdən tullanıb, ağır vəziyyətdədir”, - Fahrettin Koca sosial şəbəkə hesabında yazıb.

XXX

06:00

Çərşənbə günü səhər İstanbul yaxınlığındakı Mərmərə dənizi bölgəsində 5,9 bal gücündə zəlzələ baş verib.

TurkicWorld-un məlumatına görə, zəlzələnin episentri Düzce vilayətində, ocağı isə 6,8 km dərinlikdə yerləşib.

Zəlzələ Türkiyənin şimal-qərbində və mərkəzi hissəsində bir çox bölgədə hiss olunub.

İlkin məlumatlara görə, zəlzələ nəticəsində tələfat yoxdur.