Bakı. TurkicWorld:
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən həftə ərzində 219 yanğına çıxış və 37 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
FHN-in Mətbuat xidmətindən TurkicWorld-ə verilən məlumata görə, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən həftə ərzində 15-i azyaşlı olmaqla 48 nəfər xilas edilib, 8 nəfər təxliyə olunub, 1 nəfər xəsarət alıb, 1 nəfər tüstüdən zəhərlənib, bağlı qapı arxasında 1 nəfərin meyiti aşkar olunub.







