Son dəqiqə

zəlzələ Meksika Mexiko Klara Bruqada

Mexikoda baş verən zəlzələ nəticəsində 12 nəfər xəsarət alıb

BAKI, TurkicWorld, Abdulvahhab Ələskərov

Meksika paytaxtı Mexikoda baş verən zəlzələ nəticəsində 12 nəfər xəsarət alıb.

TurkicWorld-un məlumatına görə, bu barədə Mexikonun meri Klara Bruqada "X" sosial şəbəkəsində yazıb.

"Zəlzələyə cavab protokolunun tətbiqindən bəri 12 nəfər həlak olub, beş elektrik dirəyi və dörd ağac aşıb, müxtəlif ərazilərdə elektrik enerji təchizatının olmaması ilə bağlı 18 cağırış olub", - deyə o bildirib.

Onun sözlərinə görə, şəhər qurumları zəlzələnin nəticələrini qiymətləndirməyə, yaşayış və inzibati binaları, eləcə də vacib infrastruktur obyektlərini yoxlamağa davam edir.

Mövzuya görə xəbərlər