Son dəqiqə

İran Daxili İşlər Nazirliyi

Paytaxta külli miqdarda narkotik vasitələr gətirməyə cəhd edən şəxslər saxlanılıb

Bakı, TurkicWorld

Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsini təşkil edən şəxslərə qarşı əməliyyat keçiriblər.

TurkicWorld xəbər verir ki, tədbirlərlə 46 yaşlı Rəşad Həsənov və 38 yaşlı Yusif Hacıyev saxlanılıblar. DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, onlardan ümumilikdə 4 kiloqram marixuana və metamfetamin, əlavə olaraq 46 ədəd metadon həbi aşkarlanıb.

Araşdırmalarla onların narkotikləri şəxsiyyəti araşdırılan İran vətəndaşından əldə etdikləri və Bakı şəhəri ərazisində deyiləcək ünvanlara çatdırmağa razılaşdıqları müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Mövzuya görə xəbərlər